Hollivud ulduzu, “Oskar” mükafatçısı Denzil Vaşinqton tezliklə çəkiləcək “Hannibal” filmində baş rolda oynayacaq.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu rol üçün məhz Denzil Vaşinqtonun seçilməsi Hannibalın vətəni sayılan Tunisdə narazılıqlara səbəb olub.
Eramızdan öncə 180-250 -ci illərdə yaşadığı bilinən siyasətçi və sərkərdə Hannibal roluna qaradərili aktyorun seçilməsi Tunisdə narazılığa səbəb olub.
300 nəfər dövlət işçisi Mədəniyyət Nazirliyinə və parlamentə müraciət edərək bu aktyorun baş rola çəkilməməsi üçün müraciət edib. Onlar Hannibalın qaradərili olmadığını, belə seçimin tarixi xəta olduğunu söyləyiblər.