“Türkiyədə serialın bir bölümünün puluna bizdə bir mövsümün serialı çəkilir. Yəni, biz serialı 1 manata, onlar 50-60 manata çəkir”.
Lent.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında rejissor, Kinematoqrafiya İttifaqının idarə heyətinin üzvü Rövşən İsax səsləndirib.
“Türkiyə böyük ölkədir, reklam büdcəsi də böyükdür. Mənə Türkiyədə verilən maliyyəni ayırsalar, əllərimi girov qoyaram. Əgər onlar kimi serial çəkməsəm, biləklərimi kəsərəm. İki dəfə də artıq keyfiyyətli seriallar çəkərəm”,- o bildirib.