“Paramount” kinoşirkətnin yeni istehsalı olan “Bədən oyunları 2” filmi ekranlara çıxıb.
Lent.az-ın xəbərinə görə, birinci filmdə olduğu kimi yenə baş rollarda Coş Dyumel, Nik Svardson, Den Bakkedal, Ceyms Rodey və Kevin Dillor çəkiliblər.
Filmin maraqlı süjet xətti var. Ölmüş dostları Darfinin külünü okeana səpmək üçün yer axtaran bir qrup məsuliyyətsiz, əyləncəsevər gənc onun bir zamanlar əyləndiyi adaya üz tuturlar. Adada başlarına o qədər macəra gəlir ki, dostlarının külünü okeana səpmək yadlarına da düşmür.
Qəhqəhə dolu saatlar istəyirsinizsə, bu filmi qaçırmamanız tövsüiyə olunur.