Hollivud ulduzu Nikolas Keyç kasıblıqdan və borclardan qurtulmaq üçün aşağı səviyyəli filmlərdə oynadığını etiraf edib.
Lent.az-ın xəbərinə görə, aktyor işləməyi özünə qurtuluş yolu olaraq gördüyünü deyib.
O həddən artıq bahalı mülklər satın aldığı üçün borca düşdüyünü qeyd edib. Bu mülklər Almaniyada, Brianiyada , Ameriakada yerləşir.
“Çətinliyə baxmayaraq, heç vaxt iflas etdiyimi bildirmədim. Las- Veqasa köçdüm və ildə 4-5 filmə çəkildim. Bu yolla borclardan xilas oldum. Amma çəkildiyim filmlər bərbad idi. Bərbad işlər gördüm”,- deyə qeyd edib.