Bu günlərdə müsahibə almaq istədiyimiz və adının çəkilməsini istəməyən bir neçə mədəniyyət xadimi müsahibə verməkdən imtina etdilər. Səbəb olaraq bildirdilər ki, nazirlikdən tapşırıq verilib, Mədəniyyət Nazirliyinin tabeliyində çalışan vəzifəli şəxslərin müsahibə verməsinə müəyyən məhdudiyyətlər qoyulub, hələlik müsahibə vermək olmaz.
Məsələni Mədəniyyət Nazirliyi ilə dəqiqləşdirdik.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova Lent.az-a açıqlamasında bildirdi ki, nazir tərəfindən belə bir göstəriş verilməyib.
“Sadəcə verilən müsahibələr mənimlə razılaşdırılır. Bu hər qurumda var. Mənimlə razılaşdırılır. Uyğundursa, icazə verilir, uyğun deyilsə verilmir”,- deyə şöbə müdiri bildirib.