Müslüm Maqomayevin bilinməyən səs yazısı üzə çıxdı
08 avqust 2022 19:04 (UTC +04:00)

Müslüm Maqomayevin bilinməyən səs yazısı üzə çıxdı

Dünya  şöhrətli Müslüm Maqomayevin ifasında  yüzlərlə maraqlı lent yazısı var.  Böyük sənətkar ustalıqla toxunduğu hər musiqi parçasına öz möhürün vurmağı bacarmış, onu əvəzsiz ifa etmidi. Bu günlərdə   məşhur bir filmdə məşhur bir hiti əslində Müslüm Maqomayevin səsləndirdiyi üzə çıxıb.  Söhbət  SSRİ və İtaliyanın  1973-cü ildə ortaq çəkdiyi “İtaliyanların Rusiyada qeyri-adi macəraları” filmindən gedir.

Roma xəstəxanalarının birində yaşlı immiqrant, rus qadını dünyasını dəyişir. Dünyasını dəyişməmişdən əvvəl öz nəvəsinə vəsiyyət edərkən bildirir ki, onun bütün sərvəti  Leninqradda (Sankt-Peterbuq), "aslanın altında" gizlədilib. Bu söhbəti təsadüfi yaxud bilərəkdən eşitmiş hər bir kəs Leninqrad şəhərinə gəlir. Tanınmış həkim, italyan mafiozu, iki xadimə, bir sadə vətəndaş və nəvəsi Olqanın axtarışlarına hava limanında bələdçi də qoşulur. Sərvət axtarışında olanların birlikdə, maraqlı sərgüzəştləri başlanır

Filmdə rolları Andrey Mironov, Ninetto Davoli, Antoniya Santilli, Aliqero Noskeze, Tano Çimaroza, Cicci Ballista, Yevgeniy Yevstiqneyev, Olqa Aroseva, Larisa Vikkel, Aleksandr Lukyanov, Boris Runqe, Valerian Vinoqradov, Ella Nekrasova, Yuriy Şepelyov, Antonina Maksimova, A. Portyanıy,  Vadim Qraçov, Sergey Yurtaykin, Zoya İsayeva, Oleq Belov, Yuriy Mixaylov, Aleksandr Stepanov, ŞİR "KING" ifa edirdilər.

Filmin final səhnəsindəki məşhur mahnını titrlərdə adı keçməsə də, SSRİ Xalq artisti Müslüm Maqomayev ifa eləmişdi. Musiq bəstəkar Carlo Rustichellinin idi, o illər öncə “Amore vieni" adlı bir   instrumental musiqi parçası hazırlamışdı və bu musiqi başqa bir filmdə yer almışdı.

 Müslüm Maqomayev bu film üçün həmin musiqini aranjeman edərək oxuyub. Ehtimala görə mahnının sözləri də Müslüm Maqomayevə aiddir.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar