Türkiyəli məşhur teleaparıcı Müge Anlı canlı yayımda tutulduğu qorxunc bir xəstəlik barədə danışıb.
Lent.az-ın xəbərinə görə, aparıcı uzun illərdir ağ ciyərində ləkə olması səbəbilə nəfəs almaqda çətinlik çəkdiyini, virusa yoluxduğunu söyləyib.
“Xalq Təhsili Mərkəzlərinə getdim. Savadı olmayan insanlara könüllü şəkildə oxuma - yazma öyrətdim. Və o illərdə qorxulu bir virusa yoluxdum. Ciyərlərimə ləkə düşdü. Tez- tez boğuluram. İndi eşitdiyiniz səs də mənim öz səsim deyil. Səsimin təbilliyini də itirdim”,- deyə o bildirib.