Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.
Bu barədə Lent.az-a Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.
Dediyinə görə, rəssam martın 26-da vəfat edib.
R.Şerif Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun qardaşıdır. O Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.
Allah rəhmət eləsin.