"Tolgshow" proqramının tanınmış aktyoru Tolga Çevik Azərbaycana gəlir.
Lent.az xəbər verir ki, bu barədə o, öz "Instagram" hesabında paylaşım edib. Aktyor bildirib ki, sentyabrın 17-si, saat 20:00-da Bakı Konqres Mərkəzində çıxış edəcək.
Sənətçi sevincini izləyicilərlə bölüşərək "Ən sonda, gözəl dostlarla möhtəşəm bir axşam yaşamaq üçün Bakıda olacağam" - qeydini edib.