Məşhur rəssamın əsəri 65 milyon dollara satıla bilər
29 sentyabr 2023 03:52 (UTC +04:00)

Məşhur rəssamın əsəri 65 milyon dollara satıla bilər

“Christie's” Beynəlxalq Evi noyabr ayında Nyu-Yorkda müasir incəsənət hərracı keçirəcək. Hərracda Klod Monenin indiyədək sərgilənməmiş tablosu satılacaq.

APA xarici KİV-lərə istinadla xəbər verir ki, "Le bassin aux nympheas" ("Su zanbaqları ilə gölməçə") adlı rəsm əsəri 1917-1919-cu illər arasında yaradılmış və 1972-ci ildən adı açıqlanmayan şəxsi kolleksiyada saxlanılır. Rəsmin təxmini dəyəri ən azı 65 milyon dollardır.

Su zanbaqları Monenin (1840-1926) rəsmlərindəki məşhur mövzulardan biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3460

Oxşar yazılar