Məşhur müğənni Tamara Qverdtsiteli anasının ölümünə görə Putini bağışlamayacağını bildirib.
Lent.az-ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, məşhur gürcü müğənnisi Tamara Qverdtsiteli Rusiya prezidenti Vladimir Putini 2022-ci ildə vəfat edən anasının ölümündə ittiham edib. Bu məlumatı Ukraynanın xalq artisti Yuri Rıbçinski açıqlayıb, O, müğənninin anasının Ukraynadakı vəziyyətlə bağlı narahatlıqdan dünyasını dəyişdiyini iddia edib.
Tamara Qverdtsitelinin Ukraynada yaşayan anası Odessa bombalanarkən möhkəm qorxub. Müğənni anası ilə birlikdə Gürcüstana qayıdıb və o, tezliklə orada dünyasını dəyişib. Tamara Qverdtsiteli anasının ölümünün birbaşa səbəbini Vladimir Putin hesab edərək, onunla barışmazlığını ifadə edib.
Rusiya - Ukrayna müharibəsi başlayandan sonra müğənni Rusiyadan gedərək Ukrayna xalqı ilə həmrəyliyini bəyan edib.