"Miss İtaliya" gözəllik müsabiqəsinin qalibi, "1001 gecə" filminin aktrisası Daniela Giordano 77 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onun qısa müddətdir əziyyət çəkdiyi xəstəlikdən ölməsi üzə çıxıb.
Daniela "1001 gecə" filmində Ələddinin anası obrazını canlandırıb, "İnkvizisiya", "Qəddar Roma", "Qorxu evi", "Yeraltı dünyasının qəddar əli", "Qara pişik gözü" kimi filmlər də daxil olmaqla, 39 layihədə çəkilib.
Qeyd edək ki, Daniela Giordano "Miss Palermo" və "Miss Siciliya" titullarına da sahib olmaqla yanaşı, 1966-cı ildə "Miss İtaliy" müsabiqəsinin qalibi olub.