Amerikalı model və aktrisa Molli Sims incə bədən quruluşunun sirrini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 49 yaşlı televiziya ulduzu yaşına baxmayaraq gənc görünməsini qorumaq üçün müntəzəm sümük suyu içdiyini etiraf edib.
O, maye ilə qırmızı fincanı göstərərək yayımladığı fotoşəkilə "Həzm və bağırsaq üçün yaxşı olan qocalma əleyhinə bir bulyon" şərhini yazıb.
Bundan əlavə, model bu məhsulun yuxunu yaxşılaşdırdığını və oynaqlar üçün də əla içki olduğunu deyib:
"Bu, mənim həyatımı dəyişdi", - aktrisa vurğulayıb.