Türkiyənin məşhur kino aktyoru Aydemir Akbaş xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.
Lent.az xəbər verir ki, aktyor bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
“15 gün davam edən analizlərin nəticəsi bəlli oldu. Xərçəng xəstəliyinə tutulmuşam. 10 il öncə eyni şəkildə xəstələnmişdim, amma keçib getmişdi. Unutmuşdum. Səsimin dəyişməsindən şübhəyə düşməmişdim, bitki çayları içirdim, düşünürdüm ki, keçib gedəcək. Həkim nəzarətindəyəm, hələlik özümü yaxşı hiss edirəm, ümid edirəm belə davam edər, yenə bu xəstəliyə qalib gələrəm”,- deyə o yazıb.
86 yaşlı Aydemir Akbaşa 2012-ci ildə olduğu kimi, yenidən qırtlaq xərçəngi diaqnozu qoyulub.
2018-ci ildə aktyor bağırsaqlarında yaranmış xərçəng şişlərindən uğurla müalicə olunmuşdu.