Məşhur aktyor sağalmaz xəstəliyə TUTULDU
17 fevral 2023 09:40 (UTC +04:00)

Məşhur aktyor sağalmaz xəstəliyə TUTULDU

"Die Hard" (Çətin ölüm) filminin məşhur ulduzu Brüs Uillisə (Bruce Willis) Afaziya diaqnozu (Afaziya - çox vaxt ağır beyin travmasından sonra baş verən bir pozğunluq) qoyulub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı aktyorun ailəsi səhhəti ilə bağlı yeni açıqlama verib.

Ailəsinin sözlərinə görə, Brüs Uillisə davranış və şəxsiyyət dəyişiklikləri, təfəkkür, dil və hərəkət pozğunluğu əlamətlərini göstərən frontotemporal demensiyadan əziyyət çəkirdi.

68 yaşlı ABŞ aktyoru Brüs Uillis aktyorluğuna təsir edən afaziya diaqnozu qoyulduqdan sonra karyerasından uzaqlaşacağını açıqlayıb.

Uillisə dəqiq diaqnoz qoyulduğu üçün rahatlaşdıqlarını ifadə edən ailə, frontotemporal demansın 60 yaşlarında insanlarda çox rast gəlinən bir xəstəlik olduğunu bildirib. Bu gün xəstəliyin müalicəsi olmadığı halda, ailə bu vəziyyətin yaxın günlərdə dəyişə biləcəyinə ümidli olduqlarını deyib.

Qeyd edək ki, 68 yaşlı aktyora ötən ilin martında afaziya diaqnozu qoyulmuşdu . Məlumdur ki, afaziya beynin dil və nitqə cavabdeh olan nahiyələrinin zədələnməsi nəticəsində nitq pozğunluğu şəklində özünü göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Fidan İlqar

Oxşar yazılar