Məşhur aktyor və kinorejissor Hikmət Rəhimov Azərbaycan Kinematoqrafçılar İttifaqının bu gün keçirilən qurultayı barədə fikir bildirib.
Lent.az-ın xəbərinə görə, aktyor öz sosial şəbəkə hesabında paylaşım edərək, qurultayın işini rişxəndlə qarşılayıb.
“Bu nədir ilahi? Nəyə sevinir bu insanlar ? Nəyə qərar verir bu insanlar ? Bu cəngəllikdən məni qoru Allah. İttifaqınız mübarək”, - o yazıb.