Məşhur aktyor görün nə günə düşüb? - FOTO
09 dekabr 2022 16:33 (UTC +04:00)

Məşhur aktyor görün nə günə düşüb? - FOTO

Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən amerikalı aktyor Brüs Uillisdən xəbər var. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Brüsün ailəsinə yaxın bir mənbədən bildirilib ki, keçmiş arvadı Demi Mur aktyoru bir dəqiqə belə yalnız buraxmır. 

Səhhəti günü-gündən pisləşən 67 yaşlı aktyor həm danışmaqda çətinlik çəkir, həm də deyilən sözlərə reaksiya vermir. Bundan başqa, keçmiş həyat yoldaşları, uşaqları Brüs ilə birgə Yeni ili, Şükranlıq gününü və Pasxa bayramını keçirmək üçün bir araya gəliblər. Onlar bərabər oyunlar oynayır, fotolar çəkdirir, vaxtlarını şən keçirirlər. 

Çünki uşaqları bundan sonra ataları ilə daha nə qədər zaman keçirəcəklərini bilmirlər. Onların sözlərinə görə, afazi xəstəliyinə görə karyerasına son qoyan ataları keçmişdə olduğu kimi zarafatlar etmir, ünsiyyət qurmur və insanların danışığını anlamır.

Aktyorun əziyyət çəkdiyi afazi xəstəliyi beyin qanaması və ya iflicdən sonra yaranan patologiyadır. Bu xəstəlikdə danışığın və dərketmənin zəifləməsi, danışanda nitqdəki rabitənin pozulması kimi problemləri büruzə verir. 

Hollivud ulduzu Brüs Uillis “Tears of the sun”, “Unbreakable”, “Armageddon”, “The Fifth Element”, “Perfect Stranger” və s. kimi filmlərdə yaddaqalan roller ifa edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Nigar Namiq

Oxşar yazılar