Məşhur aktrisaya ailə dağıtmaq İTTİHAMI
29 yanvar 2021 18:56 (UTC +04:00)

Məşhur aktrisaya ailə dağıtmaq İTTİHAMI

Öz mühafizəçisi Dena Heyherstlə evlənən aktrisa Pamela Anderson, ailə dağıtmaqda  günahlandırılıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, əvvəllər Heyberstlə birgə yaşayan 42 yaşlı Keri sevgilisinin iki uşağına baxdığı bu beş illik münasibətdən sonra Andersonla onu aldatdığını söyləyib.

Heyberstin keçmiş sevgilisi deyib ki, onunla tanışlıq proqramı vasitəsilə tanış olub. O, əvvəlki bir evlilikdən uşağa qalıb, həmin vaxt Heyberst də iki uşaq böyüdüb. Onlar bir araya gəliblər və Keri sevgilisinin övladlarına da baxmağa başlayıb.

Keri Heyherst və Andersonun, kişinin 2019-cu ilin payızında sənətkarla işləməyə başlamasından altı ay sonra bir münasibət qurduqlarını söyləyib. Əvvəlcə onun cangüdəni kimi xidmət etməyib, əksinə məşhurun evinin təmiri ilə məşğul olub.

İddiaya görə, kişi Keriyə işəgötürəninin “dəli” olduğunu və onun üçün işləməyin çox çətin olduğunu söyləyib.

Daha sonra, ABŞ-da koronavirus infeksiyasının yayılması fonunda gecə Andersonun evində qalmağa başlayıb. Bütün bu müddətdə Keri övladlarına baxıb.

Sonradan Heyherst xəyanət etdiyini etiraf edib. Keri kişinin Andersonla toy haqqında heç bir qohumunu xəbərdar etmədiyini də söyləyib.

“Mərasim ərəfəsində anasına yazıb, sabah evlənəcəyini söyləyib və bu barədə heç kimə danışmamağı xahiş edib”, - Keri deyib.

Heyherstin keçmiş sevgilisi toy haqqında mətbuatdan xəbər tutub. 

Yanvarın 27-də 53 yaşlı Andersonun 40 yaşlı Heyherstlə evləndiyi bildirilib. Bu sənətçinin altıncı toyudur. Xüsusi mərasim Kanadanın Vankvuer adasındakı Andersonun şəhər ətrafı mülkündə baş tutub.

# 2103
avatar

Oxşar yazılar