“Məni ən çox Firuzə İbadova incidib” -  Xalq artisti giley-güzar elədi
22 dekabr 2022 14:10 (UTC +04:00)

“Məni ən çox Firuzə İbadova incidib” - Xalq artisti giley-güzar elədi

“Məni ən çox Firuzə İbadova incidib. Onun qəribə cazibəsi var idi. Hara gedirdik, onun dalınca düşürdülər. Gözəl qız idi”.

Bu fikirləri Lent.az-a “Lalə” qızlar ansamblının rəhbəri, Xalq artisti ceyran Haşımova səsləndirib.

“Bir dəfə gördüm qastrol zamanı yatdığımız otağın pəncərəsinə daş atırlar. Bir cavan oğlan idi, gəlib ki Firuzə məni çağırıb. A bala, nə vaxt? Deyir konsertdə oxudu ki , “get, ay batandan sonra gəl, ay oğlan”. Xalq mahnısını dinləyib, gəlib, Firuzənin dalınca. Hər konsertdə tapşırırdım ki, Firuzə oxuyanda tamaşaçılara yox, mənə bax, üzünü mənə tut oxu. Firuzə İbadova səhnədə bütün sevgi mahnılarını mənə oxuyurdu”,- deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar