Son günlər sosial şəbəkələrdə “Eurovision 2023” mahnı müsabiqəsində iştirak edən əkiz qardaşlar Tural və Turan Bağmanovların geyim seçimi insanlar tərəfindən müzakirələrə səbəb olub. Belə ki, istifadəçilərin bir qismi əkizlərin geyiminin Azərbaycan mədəniyyətinə uyğun olmadığını iddia edib.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən "Parcha studio”nun rəhbəri, əkiz qardaşların modelyeri Aysel Sadıqova deyilən sözlərlə maraqlanmadığını deyib:
“Bizim insanların əksəriyyətinə nəyisə bəyəndirmək çətindir. Bu barədə kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan Avroviziya münsifləri tərəfindən geyimin bəyənilməsidir. Və buna da nail oldum. Gerisi boşdur”.