Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi
18 aprel 2025 16:30 (UTC +04:00)

Mehriban Xanlarova və Münəvvər Əliyeva nazirə şikayət etdi

Əməkdar artist Mehriban Xanlarova və Münəvvər Əliyeva Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı narazılıqlarını mədəniyyət naziri Adil Kərimliyə də bildiriblər. 

Lent.az xəbər verir ki, bu barədə M.Xanlarova sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, mədəniyyət naziri Adil Kərimli “AzDrama”nın teatr kollektivi ilə görüşüb:

“Təklif və şikayətlərimizə diqqətlə qulaq asaraq, fikirlərimizə hörmətlə, həssaslıqla yanaşdı. İnanırıq ki, bu görüşün nəticəsi yaxşı olacaq. Haqq səsimizin duyulmasında yanımızda olan bütün media nümayəndələrinə və haqsızlığa qarşı susmayan, göz yummayan hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Əziz həmkarlarım, Münəvvər Əliyeva və Məsmə Aslanqızı ilə ədalət uğrunda başlatdığımız mübarizə, yaddaşlarda qalacaq sarsılmaz bir dostluğun tarixini yazdı. Bu dostluq dürüstlüyün, cəsarətin və birliyin təmsilçisi oldu".

Qeyd edək ki, aktyorlar M.Ələkbərzadənin başqa teatrdan gənc aktyorları "AzDrama"ya gətirməsinə etiraz edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2852

Oxşar yazılar