"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
05 iyul 2025 07:15 (UTC +04:00)

"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında (KDÇ) ikinci yarımfinalçı məlum olub.

Lent.az xəbər verir ki, 1/4 finalda İngiltərənin "Çelsi" komandası Braziliyanın "Palmeyras" kollektivi ilə qarşılaşıb. Görüş London təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da "zadəganlar" adını yarımfinal yazdırıb.

Daha əvvəl Braziliyanın "Fluminense" klubu 1/2 finala yüksəlib.

Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar