"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq
31 iyul 2025 11:10 (UTC +04:00)

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

0

"Kuruluş Osma"n serialı Burak Özçivitin ayrılığı ilə sarsılsa da, 7-ci mövsümə güclü şəkildə hazırlaşır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, serialda Orhan bəy rolu üçün Mert Yazıcıoğlu ilə razılaşma əldə olunub.

2019-cu ildən bəri Osman bəy obrazını canlandıran Burak Özçivit bölüm başına istədiyi 4 milyon lirəlik ödəniş tələbinin qəbul edilməməsi səbəbilə serialdan ayrılıb. Onun canlandırdığı yaşlı Osman bəy obrazı üçün isə təcrübəli aktyor Cihan Ünal ilə razılaşma əldə olunub.

Bu rol üçün bir çox aktyorla görüş keçirən Bozdağ Film son olaraq bu obrazı Mert Yazıcıoğluna həvalə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2536

Oxşar yazılar