Azərbaycan Dövlət Kukla Teatrında yoxlamalar başa çatıb.
Lent.az xəbər verir ki, bu məlumatı Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova öz sosial şəbəkə hesabında paylaşıb.
“Teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir", - deyə o qeyd edib.
Kukla Teatrından Lent.az-a bildirilib ki, onlar da xəbəri Nuridə Allahyarovanın paylaşımından öyrəniblər və teatra yoxlamaların başa çatması ilə bağlı akt hələ də göndərilməyib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi ötən il noyabrın 21-də Kukla Teatrında yoxlamalara başlamışdı. Prezident İlham Əliyevin 2022-c il 22 dekabr tarixli sərəncamı ilə Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad olunduqdan sonra yoxlamalara son verilib.