Fotoqraf Hüqo Bernan kral ailəsinin portretlərini çəkmək üçün order almış yeganə fotoqrafdır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Hüqo Bernan artıq 20 ildir kral ailəsinin üzvlərinin şəkillərini çəkir. Fotoqraf balaca monarxlarla işləməyin ona xüsusi zövq verdiyini, eyni zamanda spesifik çətinlikləri olduğunu deyib.
O, kral ailəsinin ən balaca üzvlərinin sakit dayanıb, kameraya poz vermələri üçün tez-tez onlara marmelad və meyvə qurusu verməsindən danışıb.
2004-cü ildə fotoqraf öz uşaqları ilə birlikdə Cənubi Amerikaya səyahət etmək üçün kral ailəsindən 6 aylıq icazə alıb.
Bu səfər zamanı Hüqo qarət edilib və fotoaparatları oğurlanıb. Fotoqraf kral ailəsi ilə əlaqə saxladıqdan sonra problemlər həllini tapıb.