Kollecdə hamının güldüyü, məşhur futbolçunun sevgilisi olan rus gözəli: “Xiyar əkməyi də bacarıram..."  - FOTOLENT
06 yanvar 2021 13:43 (UTC +04:00)

Kollecdə hamının güldüyü, məşhur futbolçunun sevgilisi olan rus gözəli: “Xiyar əkməyi də bacarıram..." - FOTOLENT

Rusiyalı modellər qərbdə çox populyardılar, amma İrina Şeykin öz yeri var.

35 yaşlı model qadınlı-kişili hamının diqqətini modaya cəlb edə bilir, həmişə diqqət mərkəzində olmağı bacarır. Üstəlik, sahibsiz küçə itlərinin qayğısına qalır və xaricilərə ana dilində danışmağı öyrədir.

“Bizi bacımla elə tərbiyə ediblər ki, özümüz divara mıx vurub, ordan nə isə asmağı öyrənmişik. Mən kartof, xiyar əkməyi də bacarıram” – deyir, Şeyk.

Bu, həm də onun xarakterinin göstəricisidir. Demək, uşaqlıqdan özünə güvənməyi öyrənib.

Orta məktəbdən sonra İrina Çelyabinsk İqtisad kollecinə qəbul olunub. Sonra da “Supermodel-2004”-də qalib olub. Bununla da təhsilin daşını atıb, keçib modelliyə.

İnadkar və məqsədyönlüdür Şeyk. Modaya gələndə 20 yaşı vardı, model üçün bu çox gecdir, əslində.

Parisə köçəndə başqa model qızlarla bir yerdə qalırdılar. Təşkilatçılar onlara şəhərin xəritəsini və nəqliyyat xərci vermişdilər. Qızlar özləri gəzib kastinqlərə getməli və diqqəti cəlb etməyi bacarmalı idilər. Diqqət çəkə bildin, yerin var, yoxsa uğursuz olacaqsan.

2007-ci ildə Intimissimi brendi Şeyki öz siması seçir. 2007-2011-ci illərdə İrina Sports Illustrated Swimsuit Editionun üz qabığına düşən ilk rus modeli olur.

2012-ci ildə podiuma çıxır.

Onun fikrincə, bu gün modelə ancaq gözəlliyi bəs etmir, ağıllı, məqsədyönlü olmalısan və ən əsası, ruhdan düşməməlisən.

Deyir, həmişə təcrübə toplayıram: “Mən model doğulmamışam, başlayanda heç bir bilmirdim necə hərəkət etmək lazımdır, nə baş verdiyini anlamırdım. Ancaq tezliklə kamera qarşısında özgüvənli olmağı öyrəndim”.

Model etiraf edir ki, indinin özündə də brendlərin tarixçəsini öyrənir, evdə güzgü qarşısında fotosessiyalarda necə poz verəcəyini məşq edir: “Həmişə öyrənmək və formada olmaq lazımdır - karyeranın ən yüksək həddində olanda belə”. 

Model kinoya da çəkilib. “Herakl” filmində Meqera roluna. Deyir, kino aləmi xoşuna gəlib, hələ rus xəfiyyəsi rolunda çəkilmək arzusundadır.

İrina 10 yaşından hündürdaban ayaqqabı və qısa ətək geyinib. Ona görə də adi həyatda da fotosessiya edirmiş kimi görünür. Sinif yoldaşları ona gülürdülər, amma o, buna əhəmiyyət vermədən, necə istəyirdisə, elə də rəftar edirdi.

Geyim üçün dizaynerlərə pul xərcləməyi sevmir: “Klassik üslubu sevirəm, adi cins, futbolka, mayka geyinməyi xoşlayıram”.

İşə getməyəcəksə, sadəliyə üstünlük verir. Bütün günü ənlik-kirşansız, idman paltarında gəzməkdən çəkinmir.

“Cazibəli olmaq üçün başqalaşmaq düzgün deyil, özün ol yetər” - deyir.

Şəxsi həyatından danışmağı sevmir. Deyir, siz maraqlandığınız şeylər mənim həyatımdan gizli qalsa yaxşıdır, o zaman daha cəlbedici olaram: “Pərdələri qaldırmaram”. 

Bildiyimiz odur ki, o, beş il futbolçu Ronaldu ilə, sonra isə Bredli Kuperlə yaşayıb. İkincidən Leya adlı qızı da var, amma heç vaxt münasibətləri barədə şərh vermir.

Rus dilinin və mədəniyyətinin carçısıdır. Sağ əli bizimkilərin başına.

Hazırda yaşadığı Nyu-Yorkda tez-tez rus ənənələri ilə çay süfrəsi açır.

Bredli Kuperə rus dilində danışmağı öyrədib. Xaricdə yaşasalar da, qızı Rusiya istehsalı olan multfilmlərə baxır və onların mahnılarını oxuyur.

İrinaya görə, gözəlliyin sirri çox sadədir – 8 saat yatmaq, çox su içib, sağlam qidalanmaq.

Səhərlər model üzünü çobanyastığı dəmləməsindən hazırlanmış buzla silir.

Yalnız rus hamamına gedir və dəniz duzu və baldan hazırlanmış skrabla bədənini sürtür.

Xeyriyyəçilik sevdiyi məşğuliyyətdir. Çalışır hər gün yaxşılıq etsin. Bu, böyük layihə formasında olmasa da olar. Help Me fondunun rəsmi səfiridir. Nyu-Yorkda itlərin sığınacağını himayəsinə götürüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36030
avatar

Oxşar yazılar