"Klon" serialının aktyorları 22 il sonra
01 fevral 2024 17:29 (UTC +04:00)

"Klon" serialının aktyorları 22 il sonra

22 il əvvəl nümayiş etdirilmiş və hələ də unudulmayan "Klon" bütün dünyada hay-küy qoparmış ilk serial oldu. Onu həm müsəlmanlar, həm xristianlar, həm Qərb, həm də Şərq eyni maraqla izlədi. Yanvarın 30-da Zoraide rolunu oynayan aktrisa Candira Martini vəfat etdi.

Dünyaca məşhur layihədə iştirak edən digər aktyorların taleyi necə oldu, onlar indi necə görünürlər? 

Lent.az bu barədə məlumat verir.

Jade rolunun ifaçısı Covanna Antonelli

Braziliyalı aktrisa kifayət qədər parlaq karyera qurdu. 47 yaşlı aktrisa 3 dəfə ərə gedib, 3 uşağı var. Uşaqlardan birinin atası “Lukas” dır. Son partnyoru ilə vətəndaş nikahında yaşayır. 

Murilou Benikio Lukas, Leo və Diogo rollarında

Sənətçinin 52 yaşı var. Seriala çəkilməzdən əvvəl onun Antonio adlı bir oğlu var idi. Lakin 2005-ci Jade rolunu oynayan Covanna Antonellidən Benisionun Petro adlı oğlu doğuldu.

İvete rolunda Vera Fisher

Fişerin indi 72 yaşı var. Onun iştirak etdiyi son film 2022-ci ildə yayımlanıb. Ola bilsin ki, yaşına görə İvete başqa yerdə oynamayacaq. Amma hər halda o, parlaq yaradıcılıq həyatı yaşayıb.

Letisiya Sabatella Lətifə rolunda

Sabatella 1991-ci ildə Angelo Antonio ilə evləndi. 1993-cü ildə bir qızı dünyaya gəldi. Ancaq 2003-cü ildə evlilik pozuldu. 2023-cü ildə həkimlər onun autism xəstəliyi olduğunu aşkar ediblər. 

Xədicə rolunda Karla Diaz

Qızın cəmi 33 yaşı var, lakin o, artıq aktyorluq peşəsində uğur qazanıb. Həm də podiumda işləyir.

Antonio Calloni Məhəmməd rolunda

62 yaşlı aktyor “Klon” filmində iştirak etdikdən sonra başgicəlləndirici uğur qazana bilib. 2003-cü ildən 2012-ci ilə qədər serial və filmlərdə onlarla rol alıb. Lakin 2013-cü ildən sənətçi artıq film layihələrində iştirak etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22156

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28