Özbək qızları öz zəhmətkeşlikləri ilə tanınırlar. Buna görə, başqa millətlərin nümayəndələri də özbək qızları ilə evlənməyə can atırlar.
Lent.az-ın məlumatına görə, özbək qızlarını hələ uşaqlıqdan evliliyə hazırlayırlar. Ən balaca qızlara belə, anaları ev təmizləməyi, yemək bişirməyi öyrədirlər. Özbək qızlarının ərlərini valideynləri seçirlər.
Gəlin adətən qayınana və qayınata ilə eyni evdə yaşayır.
Bütün ailəyə qulluq göstərmək, səhər tezdən durub işə başlamaq, ərinin bütün qohumlarına mehriban davranmaq, hər işin öhdəsindən gəlmək gəlinin vəzifə borcudur. Əvvəllər Özbəkistanda çoxarvadlılıq ənənəsi olsa da, indi bu aradan qaldırılıb.
Özbək kişisi qazanıb gətirən, özbək qadını isə ailə ocağını qoruyandır.
Özbək qızları erkən ailə qururlar, əks halda “qarımış qız” adını ala bilərlər.
Qız gələcək əri ilə nişanlandıqdan sonra görüşə bilər. Nişanlanmadan oğlanla görüşən qızın adı ləkəli sayılır, ərə getməyi problemə çevrilir. Ərə getdikdən dərhal sonra uşaq doğulmalıdır. Əgər toydan sonrakı ilk 3 ayda gəlin hamilə qalmırsa, bu qohumları bərk narahat edir.
Uzun hörüklü özbək qızları öz gözəllikləri ilə heyran qoyurlar. Özbək qızları balaca olanda saçlarına 7 hörük vururlar, ərgənlik yaşa çatan qızların hörüklərinin sayı 40 olur. Ərə getmiş xanımların 3, dul qadınların isə bir hörüyü olur.
İndi özbək qadınlarını dünyanın müxtəlif ölkələrində işləyən görmək olar. Onlar ailələrinə kömək eləmək üçün müxtəlif xidmət sahələrində məmnuniyyətlə çalışırlar. Kişilər isə özbək qadınlarını evdarlıqlarına görə sevirlər. Bilirlər ki, evin xanımı özbək qızıdırsa yuva həmişə isti, təmiz və bərəkətli olacaq.