Kamal Xudaverdiyevi kim kralla dəyişik salmışdı?
07 oktyabr 2022 15:27 (UTC +04:00)

Kamal Xudaverdiyevi kim kralla dəyişik salmışdı?

Lent.az "Məşhurlardan gülməcələr" rubrikasına davam edir.

Xalq artisti Kamal Xudaverdiyev Akademik Dövlət Dram Teatrıın səhnəsində çoxlu sayda rollar ifa edirdi. Bir gün Şeksprin “Kral Lir” tamaşasında "Kral Lir" rolunu ifa etməli olur. Aktyor bundan öncə "Şah Edip", milyonçu "Murtuza Muxtarov" rollarını da oynamışdı. Premyera günü aktyorun qohumları toplaşıb gəlirlər ki, bəs bizi tamaşaya biletsiz buraxdır. Premyera günü təbii ki, bütün biletlər satılıb, xüsusi dəvətli qonaqlar var. Qohumlar da əl çəkmir ki, bizi də tamaşaya sal. Onlardan biri hətta “yer yoxdur” deyən Kamaldan inciyib giley edir:

“A kişi, gah Şah Edip olursan, gah Murtuza Muxtarov olursan bir dənə də xeyrini görmürük. Sən burda Kral deyilsənmi. Denən bizi buraxsınlar”.

Kamal Xudaverdiyev qəhqəhə çəkir: “Qohum, mən səhnədə kralam e, sən qarışıq salmısan. Nə şaham, nə milyonçu, tamaşadan sonra dönüb oluram yetim bir aktyor”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2496
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar