İranda daha iki aktrisa baş örtüyünə görə cəzalandırılıb
02 may 2023 12:10 (UTC +04:00)

İranda daha iki aktrisa baş örtüyünə görə cəzalandırılıb

İranda iki kino aktrisanın hicab qaydalarına əməl etmədikləri üçün haqlarında cəza tədbiri görülməsinə qərar verilib. 

Lent.az-ın İran mətbuatına istinadən xəbərinə görə, aktrisalar rejissor Atilla Pesianın ad günü tədbirində hicabsız iştirak etdiklərinə görə, barələrində cinayət işi açılıb.

Tehran Baş Polis İdarəsi məlumat yayıb ki, hicab qaydalarına əməl etməyən aktrisalar Əfsanə Bayqan və Fatimə Mötəmədəryan barədə cinayət işi açılıb, məsələ baxılması üçün prokurorluğa göndərilib. 

Qeyd edək ki, Mahsa Aminin ölümündən sonra İranda qadınların hicab qaydalarına əməl etməməsi hökumətin sərt tədbirləri ilə müşaiyət olunub. Ötən il Hengameh Qaziani və Katayun Rihai adlı iki məşhur aktirisa da eyni səbəblə cəza almışdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar