İlin aktyoru  seçildi
09 dekabr 2025 17:35 (UTC +04:00)

İlin aktyoru seçildi

0

"Time" jurnalının açıqlamasına görə, Leonardo Di Kaprio “ilin sənətçisi” adını qazanıb.

Lent.az-ın məlumatına görə, jurnal vurğulayır ki, 30 ildən artıq karyerası olan aktyor tipik Hollivud superulduzu obrazından təəccüblü dərəcədə uzaqdır.

Nəşrin fikrincə, o, hələ də “Bu oğlanın həyatı”, “Gilbert Qreypi nə narahat edir?” və ya “Romeo + Cülyetta” filmlərindəki açıqürəkli və həssas gənci xatırladır, baxmayaraq ki, onun “ulduz kimi mavi” gözləri artıq tam bir Hollivud simvoludur.

Jurnal qeyd edir ki, yeddi dəfə “Oskar” mükafatına namizəd olan və 2016-cı ildə qalib gələn Di Kaprio ilk baxışda riskli görünən, lakin sonradan böyük yaradıcı uğura çevrilən layihələri seçmək kimi nadir bir istedada malikdir. Aktyor öz intuissiyasına etibar edir, güvəndiyi insanlarla işləyir və onun üçün mənası olan filmlərə özünü tam şəkildə həsr edir.

Jurnal yazır ki, tamaşaçılar onun ekranda böyüməsinin şahidi olublar - gənclik rollarından tutmuş kişi kimliyinin müxtəlif modellərini, o cümlədən zəiflikləri və daxili ziddiyyətləri araşdıran mürəkkəb dramatik obrazlara qədər.

Qlobal superulduz statusuna baxmayaraq, onun daxilində “valideynlərini kastinqlərə aparmağa razı salan oğlan” hələ də yaşayır.

“Onun istədiyi tək şey həmişə aktyor olmaq olub”, - mənbə bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar