Həftə sonu izləyə biləcəyiniz 8 romantik film  - VİDEO
23 dekabr 2025 18:02 (UTC +04:00)

Həftə sonu izləyə biləcəyiniz 8 romantik film - VİDEO

0

Əgər dramatik hekayələrdən, detektivlərdən və gərgin aksiyon filmlərindən yorulmusunuzsa, bu seçim həftəsonu üçün ideal həlldir.

Lent.az bayram ərəfəsində izləyə biləcəyiniz xoş, işıqlı və romantik filmləri təqdim edir.

A Big Bold Beautiful Journey

Filmin əsas qəhrəmanları Sara və Devid ümumi dostlarının toyunda tanış olurlar və daha sonra səyahət zamanı təsadüfən yenidən qarşılaşırlar. Süjetə görə, onlar qəribə GPS ilə təchiz olunmuş bir avtomobildə eyni yola düşürlər.

Bu GPS onları adi yollarla deyil, keçmişlərinin izləri ilə aparır. Devid uşaqlıq xatirələrini yenidən yaşayır, Sara isə anası və sevgiyə münasibətini formalaşdıran ağrılı qərarları xatırlayır.

The Life List

Baş qəhrəmanın anası onu uşaq vaxtı tərtib etdiyi arzular siyahısındakı bütün istəkləri yerinə yetirməyə məcbur edir. Qız bu arzuları illərlə qeyri-real və ya “vaxtı deyil” hesab edərək təxirə salmışdı.

Arzuları həyata keçirməyə başladıqca, qəhrəman uğur, münasibətlər və şəxsi xoşbəxtlik haqqında düşüncələrini dəyişir. Siyahıdakı hər bir bənd onun və yaxınlarının həyatına konkret təsirlər göstərir.

My Year in Oxford

Amerikalı Ella Düran gələcək karyerası üçün dəqiq planlarla Oksforda təhsil almağa gəlir. Orada o, həyatından ciddi bir sirr gizlədən xarizmatik və ağıllı müəllim Ceymi Devenportla tanış olur. Onların romantik münasibətləri Ellanı ambisiyaları ilə hissləri arasında seçim etməyə məcbur edir.

The Materialists

Lüsi peşəkar evləndiricidir və müştərilərin münasibətlərini gəlir, status və sosial uyğunluq kimi dəqiq meyarlara əsasən qurur. Lakin bir gün onun öz həyatında iki kişi peyda olur: qeyri-sabit həyatı olan keçmiş sevgilisi Con və varlı, özünə güvənən biznesmen Harri. Bu iki insan və vəziyyətlər arasında qalan Lüsi seçim etməli olur.

Eternity

Con vəfat etdikdən sonra o biri dünyaya düşür və əbədiyyətini kimlə keçirəcəyini seçməlidir. Qarşısında iki seçim var: erkən ölümü ilə ayrıldığı ilk sevgisi Larri və uzun illər birgə həyat sürdüyü həyat yoldaşı Lyuk. Joan hər iki münasibətin əsas məqamlarını xatırlayır və çətin bir qərar verməli olur.

On Swift Horses

Film müharibədən sonrakı dövrdə qumar və romantik duyğular fonunda cərəyan edir. Myuriel əri Li ilə yaşayır, lakin risk və qumara aludə olan qardaşı Culiusun ortaya çıxması cütlüyün sakit həyatını pozur və sevgi üçbucağı yaradır.

Map That Leads to You

Avropaya səyahət zamanı Hezer Ceklə tanış olur və aralarında qısa, lakin ehtiraslı bir münasibət yaranır. Onlar eyni marşrut üzrə hərəkət edir və birlikdə keçirdikləri vaxtın məhdud olduğunu anlayırlar. Münasibət dərinləşdikcə, sirrlər, çətin seçimlər və keçmişin gizli tərəfləri üzə çıxır.

La Dolce Villa

Oliviya Fild İtaliyanın Montesari şəhərində bir avroya baxımsız vəziyyətdə olan villanı alır və onun bərpasına investisiya qoymağı planlaşdırır.

Bu xəbəri eşidən atası Erik, uğurlu biznesmen kimi, qızını bu riskli qərardan daşındırmaq üçün İtaliyaya gedir. Orada o, şəhərin meri Françeska Puççi ilə tanış olur və aralarında yaxınlıq yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar