Sehrbaz Harri Porterdən bəhs edən filmlər barədə yəqin ki, eşitməyən yoxdur. Bu filmin ilk hissəsi o qədər baxımlı olmuşdu ki, rejissorlar silsilə şəklində çəkməyə qərar verib, ekran işinin çəkilişləri düz 10 il ərzində müxtəlif süjet xətləri ilə davam edib. Əlbəttə, bu illər ərzində filmin uşaq qəhrəmanları böyüyürdülər.
Lent.az-ın məlumatına görə, film istehsalçıları baş rollarda oynayan gənc aktyorlarla saçlarını kəsməməyə dair müqavilə bağlayıblar. Onlar saçlarını az kəsdirsələr belə, saçların uzanması üçün çəkiliş həftələrlə, aylarla dayandırılmalıydı. Buna görə müqavilə imzalanıb, 10 il ərzində aktyorların heç biri sərbəst şəkildə bərbərə müraciət etməyib.
Belə hallara serial çəkilişlərində çox rast gəlinir. Məsələn, “Möhtəşəm yüz yıl” serialında Hürrəm rolunu oynayan Məryəm Üzərli bir neçə il məcburi şəkildə narıncı saçlarla, Sultan Süleymanı oynayan Xalid Ərgənc isə uzun saqqalla gəzməli olub.