"Gəncədən Bakıya" layihəsi Emin Sabitoğluna həsr olunub
26 oktyabr 2024 16:04 (UTC +04:00)

"Gəncədən Bakıya" layihəsi Emin Sabitoğluna həsr olunub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncədən Bakıya" layihəsi çəçrivəsində Şəhriyar adına Mədəniyyət Mərkəzində bəstəkar, Xalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət "Payız gəldi" adlı konsert proqramı baş tutub.

Bu barədə Lent.az-a Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.

Bildirilib ki, gecədə Xalq artisti Heydər Anatollu, Gəncə Dövlət Filarmoniyasının solistləri Məhərrəm Qasımov, Zəminə Mustafayeva, Rüstəm Cəfərov, Xəyal Əliyev, Əli Məmmədov, Eminağa Sadıqov, Aynur İsgəndərli, Amil Həsənoğlu, Vasif Bayramov bəstəkarın “Gəncədən gəlirəm”, “Güllərim”, “Kəpənək”, “Sən olmuşam”, “Gözümdə Leylisən”, “Uzaq yaşıl ada”, “İl nə gözəldir”, “Payız gəldi”, “Çiçək yağışı”, “Şükriyyə”, “Təkcə ümid qalsın”, “Aman ayrılıq”, “Can Azərbaycan” mahnılarını ifa ediblər.

Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, konsertin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, kollektiv rəhbəri Şəhriyar Tağıyevdir.

'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub'Gəncədən Bakıya' layihəsi Emin Sabitoğluna həsr olunub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2469
avatar

Oxşar yazılar