Filmlərdə yemək səhnələri  necə çəkilir?
06 mart 2024 12:50 (UTC +04:00)

Filmlərdə yemək səhnələri necə çəkilir?

Demək olar istənilən bədii filmdə süfrə, yemək, mətbəx səhnələri olur. Çox zaman toy-düyün, restoran səhnələrinin çəkilişi zamanı müxtəlif çeşidli yeməklər təsvir olunur. Görəsən, o yeməklər yeyilirmi, neçəyə başa gəlir? Yəqin bu barədə düşünmüsünüz.

Lent.az filmlərdə istifadə olunan yeməklər barədə məlumatı təqdim edir.

Birinci faktı elə Azərbaycan filmlərindən verək.

“Böyük dayaq” filminə baxmısınız. Filmdə toy səhnəsində kabablar bişirilir, qazanlarla aş dəmlənir, süfrədə nemətlər aşıb-daşır. Məlum məsələdir ki, filmdə hər kadrın çəkilməsi xeyli zaman alır. Bu müddətdə o yeməklər ya aktyorlar tərəfindən yeyilib qurtarar, ya da xarab olardı. Yeməklər yeyilib, süfrə boş görünməsin deyə, “Böyük dayaq” filmində süfrəyə düzülmüş bütün ərzaqlara neft vurulubmuş. Eyni metoddan “Görüş”,  “Ulduz” filmlərinin də çəkilişi zamanı istifadə olunub.

Türk film və seriallarında aktyorların qarşısına gerçək yeməklər qoyulsa da, onlar adətən süfrədə yalnız çay içirlər. Çünki yedikləri hər yeməyin hesabını ödəməlidirlər.

Süfrəyə düzülən çoxlu sayda yemək dolu boşqablar isə silikondan hazırlanmış butafordur. Milli yeməklərə yüz faiz bənzədilərək yaradılan bu silikon yeməklər süfrəyə düzülməzdən öncə yuyulur, sonra isə tozlu anbarlara atılır. Artıq bütün dünyada kino sənayesində bu ucuz  və gerçəyindən seçilməyən “yeməklər”dən istifadə olunur. Demək olar ki, bütün filmlərdə istifadə olunan bu butafora isə izləyicilər iştah və həsədlə baxırlar.

# 6267
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar