Biz onları efirdə bir-biriləri üçün canından keçməyə hazır qəhrəmanlar olaraq görürük. Əslində isə çəkilişlər zamanı əlacları olsaydı bir-birlərinin qanını içərdilər.
Lent.az kinonun “mehriban düşmənləri”ni təqdim edir.
“Qəzəb yolu” filmi Namibiya səhralarında çəkilib. Aktyorlar Şarliz Teron və Tom Hardi sevgili olsalar da, çəkiliş meydançasında düşmənə çevriliblər. Lakin peşəkarlıq öz işini görüb, ortaya baxımlı film çıxıb, kimsə onların bir-birinə olan qəzəbini hiss etməyib.
Nik Nolti və Culiya Robert “Mən narahatlığı sevirəm” filmində düşmənə çevrilib.
Uill Smit və Cerard Leto “İntiharçılar dəstəsi” filmində bir-birlərinə nifrət etməyə başlayıblar.
Culiya Robert və Nikol Kidman “Onların gözündəki sirr” filmindən sonra uzun illər küsülü qalıblar.
Tom Sayzmor və Vel Kilmer “Qırmızı planet” filmindən sonra yola gedə bilməyiblər.