Gələn il Ukraynanın əvəzinə təhlükəsizlik baxımından Böyük Britaniyanın “Eurovision 2023” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqləndikdən sonra müsabiqəyə ev sahibliyi etmək iddiasında olan bir neçə şəhər açıqlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Britaniyanın 20 şəhəri “Eurovision”u qəbul etməyə razılıq verib, onlardan yalnız yeddisi seçilib. London meri Sadiq Xan tədbirin İngiltərə paytaxtında keçirilməli olduğunu israr etsə də, o, siyahıya düşməyib.
Beləliklə, Birminqem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffild müsabiqəyə ev sahibliyi edə bilər.
Əvvəllər xəbər verilib ki, “Eurovision 2023” təhlükəsizlik baxımından Ukraynada deyil, ikinci yeri tutan Böyük Britaniyada keçiriləcək.