Hollivud ulduzu Culiya Roberts 55 yaşı tamam olan ərini öz sosial şəbəkə hesabında təbrik edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o əri ilə nadir fotosunu paylaşıb. Onun əri kinematoqraf Daniel Moderdir.
"Dünyamızı işıqlandıran heyrətamiz insan, doğum gününüz mübarək", - aktrisa yazıb.
Cütlük 2000-ci ildə "Meksikalı" filminin çəkiliş meydançasında tanış olub. Moder o zamanlar vizajist Vera Stemberg ilə evli idi və qadın uzun müddət boşanmağa razı olmurdu.
O, müsahibəsində ərini “başqalarının ərlərini oğurlayan Culiyaya” vermək istəmədiyini demişdi. Ancaq sonda vizajist lazımi sənədləri imzalayıb və 2002-ci ildə Roberts sevgilisi ilə münasibətini rəsmləşdirib.