Ənvər Həsənovun qızı əsəbləşdi:  "Kim dedi ki, atam sağalıb?"
15 sentyabr 2022 12:10 (UTC +04:00)

Ənvər Həsənovun qızı əsəbləşdi: "Kim dedi ki, atam sağalıb?"

Bir neçə gün öncə Xalq artisti Ənvər Həsənovun qızı atasının vəziyyətinin pis olduğunu açıqlamışdı.

Lent.az aktyorun vəziyyəti ilə yenidən maraqlanıb. Aytən Həsənova əsəbi halda bildirib ki, onun adından bəzi saytlar atasının vəziyyətinin yaxşı olduğunu yazırlar.

“Mən nə zaman demişəm ki, atamın vəziyyəti yaxşılaşıb? Bir onu demişəm ki, başında hemotoma yoxdur. Həkimi deyir ki yıxılarkən başı qanamasaydı beyninə qan sızardı. Onun hazırda beynində iki damar zədəlidir. Nə yemir, nə yatmır, bütün günü baş ağrısından şikayətlənir. Bu bəyəm yaxşı olmaq deməkdir?

Hamı bizim üzərimizdən reytinq qazanır. Mədəniyyət Nazirliyindən zəng vuruldu, bir dəfə maraqlandılar, iş bununla bitdi. Onun müalicələri, həkimləri hamısı xərcdir. Heç kim bizə yardım etmir. Sabah evə yenə həkim gələcək. Ənvər Həsənovun bu dövlət üçün xidmətləri olub, niyə yada salan yoxdur? Axı o da umur, gözləyir, inciyir”.

Aytən xanımdan atasının nə üçün xəstəxanda müalicə almadığını soruşduq. O bildirdi ki, Ənvər Həsənov bir qədər kaprizlidir, evdən başqa heç yerdə qalmaq istəmir.

“Elə nazirliyin əməkdaşlarını qoyasan bizim adımızdan danışalar, müsahibə verələr, yalandan danışalar, heç biri bir iş görmürlər, əsəbimizi oynadırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar