Ən bahalı və təhlükəli Qurdlu pendir nədir?
29 aprel 2023 15:34 (UTC +04:00)

Ən bahalı və təhlükəli Qurdlu pendir nədir?

2009-cu ildə “Ginnesin rekordlar Kitabı”na adı dünyanın ən bahalı və ən təhlükəli pendiri kimi düşən "Casu marzu" barədə danışacağıq.

Lent.az-ın xəbərinə görə, bu pendir növü İtaliyanın Sardiniya adasında hazırlanır. 1962-ci ildə qurdlu pendirin ticarət məqsədi ilə satışı qadağan edildiyinə görə, yerli xalq onu özləri istehlak etmək üçün hazırlayırlar. Satışına görə 50 min avro cəza olan bu pendiri kimsə almaq istəsə, gərək bir xeyli pul ödəsin.

Bəs niyə bu qədər pul verib həmin pendiri alırlar? Çünki deyilənə görə, cinsi gücü artırır və afrodiziyak təsiri var.

Pendir iyun ayında qoyunların balavermə mövsümü zamanı sağılan süddən hazırlanır.

3 ay iyləndirilərək mayalanan südə mütləq piofiya deyilən ağcaqanadlar öz yumurtalarını buraxmalı və nəticədə pendirə qurd düşməlidir. Qurdarın sayı nə qədər çox, ölçüləri nə qədər böyük olsa, pendir nə qədər pis qoxusa, o qədər faydalıdır. Üzərindəki qurdların ölçüsü bəzən 15 santimetrə çata bilir.

Bir çoxları üzərindəki qurdların çox faydalı olduğunu düşünərək, onların pendirə yapışıb qalması üçün xüsusi mayelərdən də istifadə edirlər.

"Casu marzu" Sardiniya mətbəxinin milli yeməyi kimi patent alıb. Hazırda Avropada böcək və qurdların qida məhsulu kimi istifadəsinə icazə verildiyinə görə, italyanlar da 60 il öncə satışı qadağan edilmiş qurdlu pendirin üzərindəki qadağanın qalxacağına ümid edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4215
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar