Dünyanın ən güclü səslərindən sayılan mərhum britaniyalı müğənni Emi Vaynhous barədə 8 seriyalı bədii film çəkiləcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həm yaradıcılığı, həm də şəxsi həyatı ilə hər zaman medianın diqqətini qazanmış, 6 dəfə “Qremmi”mükafatı qazanmış bu çılğın xanım barədə film müğənninin ölümündən öncə dərc edilmiş “Emini qurtarmaq” kitabının motivləri əsasında ekranlaşdırılacaq. Kitabın müəllifi Dafna Barakdır.
Film "Halcyon Studio" şirkəti tərəfindən istehsal olunacaq. Emini hansı aktrisanın canlandıracağı və filmin nə zaman təqdim olunacağı barədə məlumat verilmir.
Bu bədii filmdən başqa Eminin biorqafiyasını əks etdirən “Back to Black” filminin çəkilişlərinin də anonsu verilib. Bu filmdə əsas rolu Marisa Abela ifa edəcək.
Eminin “Back to Black” albomu XXI əsrdə Britaniyada ən çox satılmış ikinci albom statusunu qoruyub saxlayır.
Qeyd edək ki, 27 yaşlı Emi Vaynehous 2011-ci il iyulun 13-də Londondakı evində ölü tapılmışdı. Şöhrətdən başı gicəllənən bu möhtəşəm səs sahibi alkoqol və narkotik aludəçisinə çevrilmiş, ölümünə də narkotikin yüksək dozada qəbulu səbəb olmuşdu. Onun intihar edib-etmədiyi bəlli deyil. Çünki qanında narkotikin dozası gərəkən miqdardan 5 dəfə artıq olub.