Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.
Lent.az xəbər verir ki, bəstəkar bu gün Türkiyədə “Acıbadem” xəstəxanasında baş-beyin əməliyyatı (angioqrafiya və stentləmə) keçirib, vəziyyəti qənaətbəxşdir.
Əlavə edək ki, Cavanşir Quliyevin bir neçə gün əvvəl Türkiyədə səfərdə olarkən vəziyyəti pisləşib. Həmin vaxt İstanbulda xəstəxanaya yerləşdirilən bəstəkarın ürəyində ilk olaraq stent əməliyyatı aparılmışdı.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir.