Əməkdar artist Gülüstan Əliyeva 5 gün öncə yol qəzası keçirib.
Bu barədə Lent.az-a məlumat verən Gülüstan xanım bildirib ki, zəncirvari qəzada özünə heç nə olmasa da, avtomobili tamamilə yarasız vəziyyətə düşüb.
“Ölümdən döndük desəm yeri var. Hacıqabula gedirdim. Elə hadisə də Hacıqabula gedən yolda baş verdi. Bizdən qabaqda gedən maşın qəza törətdi deyə dayanmalı olduq. O, qəza edəndə 2 yolun arasına düzülən arakəsmə betonu sürüşdürüb, qarşı yola saldı. Həmin yolla gələn avtomobil o betona dəyib havada fırlandı və gəlib bizim avtomobilimizə çırpıldı. Avtomobil ələ gəlməz haldadır, amma özümə şükür ki, heç nə olmadı”,- deyə müğənni bildirib.