Dünya şöhrətli amerikalı caz ustası və bəstəkarı Əhməd Camal 92 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə onun qızı Süməyyə Camal məlumat verib. O, atasının xərçəngdən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, üç yaşından piano çalmağa başlayan Camal, 14 yaşında peşəkar karyerasına başlayıb. 25 yaşında isə ilk albomu olan "Ahmad Camal Plays"i çıxarıb. Bununla da şöhrəti dünyaya yayılıb. Onun "At the Pershing: But Not For Me" kimi albomları bütün zamanların ən çox satılanları arasındadır.