Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltanın teatrla müqavilə müddəti başa çatır.
Lent.az-ın əldə etdiyi məlumata görə, hələlik onunla bağlanmış müqavilə nazirlik tərəfindən yenilənməyib.
Bəs İntiqam Soltanı kim əvəz edəcək? O teatrda işinə davam edəcəkmi?
Lent.az-ın bu suallarına cavab verən direktor bildirib ki, o hələlik Mingəçevir teatrında işinə davam edir və hazırda ordadır.
“Müqavilə müddətim bu ay başa çatır. Dövlət harada münasib bilsə, xidmətimə orda davam etməyə hazıram. Teatr varsa, mənim üçün həyat var”- deyə İntiqam Soltan bildirib.
Teatra kimin rəhbərlik edəcəyinə dair sualın isə hələlik cavabı yoxdur.