Dünən Kann Kinofestivalında “İdol” adlı serialın premyerası olub. Filmdə baş rollarda Hollivud ulduzu Conni Deppin qızı Lili Rouz Depp və popçuThe Weeknd çəkiliblər.
Lent.az-ın məlumatına görə, tamaşaçılar serialdakı açıq-saçıq və ziddiyyətli səhnələrdən şoka düşüblər.
Bir çoxları bu filmin ideyasının ulduz müğənni Britni Spirsin həyatından götürüldüyünü düşünüblər.
Conni Deppin qızının filmdəki erotik səhnələri təəccüb doğurub. Kino mütəxəssisləri bəzi epizodların erotik yox, pornoqrafik elementlər olduğunu bildiriblər.