Conni Depp sevənlərə SÜRPRİZ:  Əfsanə geri qayıdır...
17 mart 2023 15:27 (UTC +04:00)

Conni Depp sevənlərə SÜRPRİZ: Əfsanə geri qayıdır...

Dünya şöhrətli aktyor Conni Depp sevənlərinə şad xəbər var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Karib dənizinin quldurları” filminin prodüserlərindən biri Cerri Brukhaymer aktyorun filmə geri qayıdacağını bildirib.

Onu da qeyd edək ki, filmin baş rol ifaçısı olan Conni Depp əvvəllər keçmiş həyat yoldaşı Amber Heardın onu məişət zorakılığında ittiham etməsi səbəbindən 22 milyon 500 min dollarlıq qonorarla kapitan "Cek Sərçə" roluna dəvəti qəbul edə bilmirdi.

Bu böhtana görə C.Depp 2018-ci ilin dekabrından 2020-ci ilin oktyabrına qədər heç bir studiya filmində çəkilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962

Oxşar yazılar