Bu insanlar 300 il öncəki qaydalarla yaşayırlar –  Seks haramdır
08 iyun 2023 17:12 (UTC +04:00)

Bu insanlar 300 il öncəki qaydalarla yaşayırlar – Seks haramdır

Bu insanlar 300 il öncəki qayda-qanunlarla yaşayırlar. Qədim libaslar geyinir, kişiləri saqqal, qadınlarıı uzun hörüklər saxlayır, başlarını mütləq örtür, elektrikdən və müasir məişət texnikasından istifadə etmirlər. Məktubu əllə yazırlar.

İnterneti şeytan əməli hesab edir, yalnız dini nikahla evlənir, ömür boyu boşanmırlar. Sayları da az deyil. Təxminən 4 milyon nəfərə yaxındırlar. 

Lent.az “Starover”lər haqqında maraqlı məlumatı təqdim edir.

“Starover”lər 17-ci əsrdə Rus Pravoslav kilsəsində keçirilən islahatları qəbul etməyən xristianların davamçılarıdırlar. Adları da burdan yaranıb. Köhnə ninananlar deməkdir. 17-ci əsrdə köhnə qaydalarla yaşamaq istəyənləri mərkəzi şəhərlərdən sürgün ediblər. Onlar da dünyanın dörd bir yanına yayılıblar. Bu gün əsasən, Sibirdə, Cənubi Amerikada, Avropada, Kanadada, Avstraliyada məskunlaşıblar. Ciddi-cəhdlə qədim adətləri qoruyub saxlayır, müasirliyi qəbul eləmirlər.

Onların ən radikalları avtomobilə minmir, evdə öz əlləri ilə toxuduqları qədimi slavyan geyimləri geyinir, televizora baxmır, elektrikdən istifadəni günah bilirlər. “Staroverlər” uşaqlarını da ətraf aləmin təsirindən qoruyur, öz qaydalarına tabe edirlər.

“Staroverlər” arasında abort günah sayıldığına görə hər ailədə 16-18 uşağın olması adi haldır. Bu insanlar hesab edir ki, seks abırsızlıqdır. Qadın və kişi yalnız uşaq dünyaya gətirmək üçün eyni yatağı paylaşmalıdır. "Starover" ailələri çox möhkəm olurlar. Boşanmaq da seks kimi haramdır.

“Starover” qadınlar kosmetikadan əsla istifadə etmirlər. Onlar mağazadan hazır yemək əsla almırlar. Aldıqları məmulatları geyim, təsərrüfat üçün istifadə etsələr də, əsla yeməməlidirlər. Bütün qida məhsullarını mütləq şəkildə özləri evdə istehsal edirlər. “Staroverlər” qətiyyən şokolad, dondurma və hər hansı alınmış delikates istifadə etmirlər.

Adətən icma halında yaşayırlar. Onlara içki və siqaret yasaqdır.

# 5124
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar