Dünya ulduzu Bred Pitt kino kariyerasını bitirir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aktyor Bred Pitt şirkəti "Plan B Entertainment"in səhmlərinin əksəriyyətini satdıqdan sonra Hollivuddan getməyi planlaşdırır.
Məlumata görə, aktyor Fransaya getmək və kinodan tamamilə uzaqlaşmaq niyyətindədir.
Başqa bir mənbənin bildirdiyinə görə, Pittin sakit həyat yaşamaq istəyir və hazırda onun üçün yalnız pensiyasının məbləğinin nə qədər olacağı maraqlıdır. Mənbənin fikrincə, aktyor böyük ehtimalla filmlərdə çəkilməyə davam edəcək, lakin kino biznesindən uzaq qalacaq.