“Biz hələ birləşməmişik”  - Şəfiqə Məmmədova qurultayın vaxtını AÇIQLADI
01 noyabr 2023 11:18 (UTC +04:00)

“Biz hələ birləşməmişik” - Şəfiqə Məmmədova qurultayın vaxtını AÇIQLADI

Xəbər verdiyimiz kimi, bu il iyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı qərar verildi.

O, zaman Mədəniyyət Nazirliyindən bildirilmişdi ki, bu addım ölkədəki kino sektoruna dəstək və birlik məqsədilə atılıb. Bununla bağlı hər iki ittifaqın idarə heyətlərinin iştirakı ilə iclas keçirilib.

Oktyabrın 11-də Rasim Balayevin sədri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı yerləşdiyi binadan çıxarılmış və digər ittifaqın yerləşdiyi binaya köçürülmüşdü.

Bəs eyni binada yerləşmiş iki ittifaq həqiqətən birləşə bildimi?

Lent.az-ın bununla bağlı sualını cavablandıran Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, onlar bizimlə eyni binada yerləşsələr də, hələlik rəsmi birləşmə yoxdur. Hazırda sənədləşmə işləri davam edir:

“Onları binamıza qəbul eləmişəm, demişəm gəlin oturun. Hələ yığıncaq olacaq, sədr seçiləcək. Sənədləşmə prosesi uzun sürür. Rəsmi birləşmə hələlik olmayıb”.

Şəfiqə xanım sədrliyə namizədliyini verib-verməyəcəyini bilmədiyini deyib. O, tezliklə tərəflərin konfrans keçirəcəyini qeyd edib.

Şəfiqə Məmmədova qurultayın keçiriləcəyi vaxtı da açıqladı:

"Noyabrın 20-nə qədər qurultayımız olacaq. O zaman üzvlərin kimi sədr seçəcəyi bəlli olacaq. Hələlik heç nə bilmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4801

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21